Rusiya tarixində ilk dəniz səyahət gəmisinin tikintisinə başlanılıb. Gəmi Həştərxanda “Lotos” gəmiqayırma zavodunda inşa edilir. Göyərtəsi 4 mərtəbə olacaq gəmi 300 sərnişin qəbul edə biləcək və beşulduzlu hotel standartlarına cavab verəcək. Burada restoranlar, idman zalı, spa salon və sauna da yerləşəcək.
   Layihənin inşası üçün nəzərdə tutulmuş məbləğ 2,5 milyard rubl (50 milyon dollara yaxın) təşkil edir. Unikal gəmi 2018-ci ilin aprelində suya endiriləcək.