Portuqaliyanın Milli Televiziyası və Avropa Yayım Birliyi sayca 63-cü "Eurovision 2018” mahnı müsabiqəsinin Lissabon şəhərində keçiriləcəyini elan edib. Yarışma gələn ilin mayında Portuqaliya paytaxtında “MEO Arena”da reallaşacaq.
"Eurovision 2018” mahnı müsabiqəsinin yarımfinal mərhələləri mayın 8-də və 10-da, müsabiqənin final mərhələsi isə mayın 12-də baş tutacaq.
Xatırladaq ki, Portuqaliya «Eurovision» mahnı müsabiqəsində 1964-cü ildə debüt edib və bu yarışmaya ilk dəfə ev sahibliyi edəcək.
“Eurovision 2017”də Portuqaliya təmsilçisi Salvador Sobral «Amar pelos dois» («İki nəfərin yerinə sevmək») mahnısı ilə maksimum bal (758) qazanaraq müsabiqədə qalib gəlmişdi.
İlona