Altı gün ərzində klassik musiqi dinləyicilərinə unudulmaz anlar yaşadan IX Qəbələ Beynəlxalq Musiqi Festivalı avqustun 3-də başa çatıb.
Heydər Əliyev Konqres Mərkəzində təşkil olunan “Dörd əl axşamı” adlı sonuncu kamera konsertində pianoçular - Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə, Qəbələ Beynəlxalq Piano Müsabiqəsinin münsiflər heyətinin sədri Oksana Yablonskaya (Rusiya), ABŞ-ın Duksburi Musiqi Festivalının bədii rəhbəri Stefan Deitz, İtaliyanın “L.Perosi” Beynəlxalq Musiqi Akademiyasının professoru Anna Serova (viola) çıxış ediblər.
Proqramda Avropa bəstəkarları R.Şubert, İ.Brams, Q.Fore və C.Gerşvinin əsərləri səslənib.