İctimai Televiziya və Radio Yayımları Şirkətində “Partizan Luçano” adlı sənədli-publisistik filmin çəkilişləri başa çatmaq üzrədir.
   Yeni 30 dəqiqəlik filmin quruluşçu rejissoru Taleh İsmayılov, ssenari müəllifi Mahir Qəribov, operatoru Fərman İsmayılovdur. Filmdə həmyerlimiz Məmməd Xəlilovun II Dünya müharibəsində göstərdiyi rəşadət, antifaşist fəaliyyəti, partizan dəstəsində göstərdiyi qəhrəmanlıqlardan söz açılır. Orlov hərbi məktəbinin yetirməsi olan M.Xəlilova partizan dəstəsində “Luçano” ləqəbi verilib. ”Partizan Luçano” filminin çəkilişləri Bakıda və qəhrəmanın doğulduğu Sabirabad rayonunun Cavad kəndində aparılıb.