Azərbaycan Televiziyası və "Mədəniyyət" kanalının təşkilatçılığı ilə “Muğamat var olan yerdə” televiziya layihəsinə start verilir.
   Layihə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Beynəlxalq Muğam Mərkəzi və Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi ilə birgə həyata keçirilir.
   Məqsəd Bakıda və şəhərətrafı ərazilərdə yaşayan sakinlərə, eləcə də televiziya tamaşaçılarına milli musiqi incilərimizi təqdim etməkdir. “Muğamat var olan yerdə” televiziya layihəsinin ilk buraxılışı avqustun 23-də Mərdəkan Mədəniyyət sarayında reallaşdırılacaq.
   Konsertdə Rasim Ələsgərlinin rəhbərliyi ilə “Şirvan” folklor ansamblı, “Muğam” Televiziya Müsabiqəsinin qalibləri və laureatları - Abgül Mirzəliyev, Səbinə Ərəbli, Kamilə Nəbiyeva, Məmməd Nəcəfov, Nigar Şabanova, Sərxan Bünyadzadə, Ramiq Bayramov, Nisbət Sədrayeva, Almaxanım Əhmədli, Pərviz Qasımov, Rəvanə Əmiraslanlı iştirak edəcəklər.