Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin layihəsi əsasında Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin təşkilatçılığı ilə keçirilən “Retro Bakı” layihəsinin növbəti konsertləri avqustun 25-də və 26-da saat 19:00-da Fəvvarələr meydanında baş tutacaq.
İdarədən bildirilib ki, budəfəki “Retro Bakı”nın qonaqları müğənnilər Rahidə Baxış və Yaşar Yusub olacaq. Bakı sakinlərini və şəhərin qonaqlarını maraqlı konsert və rəngarəng rəqslər gözləyir.