Fransa jurnalında Azərbaycanın turizm imkanlarından bəhs olunub
Fransada çap olunan və turizm sahəsində ən çox oxunan nəşrlərdən biri olan “Quotidien du Tourism” jurnalının növbəti sayında Azərbaycan haqqında məqalə dərc olunub. On səkkiz ölkə arasından əvvəlcə Azərbaycanın turizm imkanlarından danışılıb.
Nəşrdə ölkəmizin coğrafi mövqeyindən bəhs olunub. Jurnalda Azərbaycanın tarixi “İpək Yolu”nun üzərində yerləşdiyi, ölkəmizdə bir sıra qədim abidələrin UNESCO-nun Dünya irsi siyahısına daxil edildiyi vurğulanır.
Nəşrdə paytaxt Bakıda qədim və müasir memarlıq nümunələrinin ahəngdarlığından, Heydər Əliyev Mərkəzi, “Alov qüllələri” kompleksi, “Qala” Dövlət tarix-etnoqrafiya qoruğu, “Yanardağ” Dövlət tarix-mədəniyyət və təbiət qoruğu, Qobustan Milli tarixi-bədii qoruğu və s. turizm məkanlarından söz açılıb. Həmçinin Azərbaycanda yay və qış turizminin inkişaf etdiyi diqqətə çatdırılıb.
Aşağıdakı link vasitəsi ilə jurnalın elektron versiyasına daxil ola bilərsiniz:http://fr.calameo.com/read/003950893a5cffd591916?authid=g9POBRCYI6qI
Qeyd edək ki, cari il sentyabrın 26-dan 29-dək Parisdə “Top Resa 2017” Beynəlxalq turizm sərgisi çərçivəsində məlumat kitabının təqdimatı keçiriləcək.