Sentyabrın 9-dan 18-dək İtaliyanın Milan şəhərində keçiriləcək Beynəlxalq kinofestivalda Azərbaycanı “Çövkən” sənədli filmi təmsil edəcək.
   Film 2011-ci ildə “Salnamə” studiyasında istehsal olunub. Filmin ssenari müəllifi və rejissoru Rafiq Quliyevdir. Təqribən 10-11 dəqiqəlik filmdə kinematoqrafik təsvirə üstünlük verildiyi üçün diktor mətnindən tamamilə imtina edilib. Tamaşaçı bir neçə qəhrəmanın daxili monoloqu ilə tanış olur. Film musiqi ilə müşayiət edilir.