Neftçala şəhər Mərkəzi kitabxanasında təşkil olunan yay məktəbinin iştirakçıları rayonun turizm-müalicə məkanlarından olan Qaravəlli kəndində yerləşən "İstisu" istirahət mərkəzində olublar.
Məlumat verilib ki, “İstisu” istirahət mərkəzinə hər il yüzlərlə insan müalicə almaq, vanna qəbul etmək üçün müraciət edir. Mərkəzdə təbiətin qoynunda qonaqların istirahəti üçün hər cür şərait yaradılıb. İnsanlar buradan xoş təəssüratlarla ayrılırlar.