Türkiyənin TRT kanalının Azərbaycan nümayəndəliyi Gəncə şəhəri haqqında film çəkir. Sənədli filmdə Gəncənin tarixi, mədəniyyəti, abidələri, sosial-iqtisadi göstəriciləri və əhalisindən bəhs ediləcək.
Filmin çəkilişləri üçün Gəncəyə gələn TRT heyəti ilə şəhər İcra Hakimiyyətində görüş keçirilib. Sonra qonaqlar Heydər Əliyev muzeyində, Şah Abbas məscidində, Cavad xan türbəsində, Xan bağında, tarix-diyarşünaslıq muzeyində və digər tarixi yerlərdə çəkilişlər aparıblar. “TRT Avaz” kanalının “Qafqazdan əsən yellər” proqramında yayımlanacaq filmdə şəhərin təbiətinə və mətbəxinə də geniş yer veriləcək.