Avqustun 27-də ABŞ-ın MTV kanalı növbəti musiqi mükafatlarının qaliblərini elan edib. Sayca 34-cü “MTV Video Music Awards-2017” mükafatının təqdimolunma mərasimi keçirilib. 
   Reper Kendrik Lamar bir neçə nominasiya üzrə mükafata layiq görülüb. Onun “Humble” adlı videosu “İlin ən yaxşı videosu” nominasiyasında qalib olub. Həmçinin klip “Ən yaxşı hip-hop video”, “Ən yaxşı quruluşçu-rəssam işi”, “Ən yaxşı rejissor və operator işi” və “Ən yaxşı vizual effektlər” nominasiyalarında birinci olub.
   “İlin artisti” nominasiyasında britaniyalı pop-musiqiçi Ed Şiran qalib gəlib. Keti Perri 4 nominasiya üzrə iddialı olmasına baxmayaraq, mükafatsız qalıb. “Yayın mahnısı” nominasiyasında mükafata Lil Uzi Vert layiq görülüb. “Ən yaxşı yeni artist” nominasiyasında müğənni Xalid mükafata sahib olub.
   “Ən yaxşı birgə iş” üzrə Teylor Svift və Zeyn (I Don’t Wanna Live Forever), “Ən yaxşı rok-video”da Twenty One Pilots (“Heavydirtysoul), “Ən yaxşı rəqs videosu”nda Zedd və Alessiya Kara (“Stay”) qalib gəliblər.
   
   İlona