Sentyabrın 7-dən 10-dək ABŞ, Rusiya, Gürcüstanın istedadlı caz ifaçıları Bakıda açıq səma altında çıxış edəcəklər.
Tədbirin təşkilatçılarının bildirdiyinə görə, sentyabrın 7-si Gürcüstan cazmenləri Paata Andriadze, Levan Deisadze, Zaza Tsertsvadze səhnəyə çıxacaq.
Sentyabrın 8-də Rusiyadan olan cazmenlər Yakov Okun, Sergey Qolovnya, Vitali Salomonov, David Petrov paytaxt cazsevərlərinə musiqi zövqü yaşadacaq.
ABŞ-dan gələn ifaçılar Edvard Peres, Lui Qodvin, Endryu Atkinson isə sentyabrın 9-da çıxış edəcək.
Musiqi şöləninə Azərbaycan cazmenləri də öz töhfələrini verəcək. Sentyabrın 10-da Əməkdar artist Salman Qəmbərov, Emil Həsənov, Vaqif Əliyev, Səbinə Hacıyeva, Cəmil Əmirov, Tofiq Cabbarov və Mircavad Bağırovun çıxışları planlaşdırılır.