Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin layihəsi əsasında Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin təşkilatçılığı ilə keçirilən “Retro Bakı” layihəsi davam edir.
Layihənin növbəti konsertləri sentyabrın 1-də və 2-də saat 19:00-da paytaxtın Fəvvarələr meydanında keçiriləcək.
Baş idarədən bildirilib ki, Qurban bayramı ərəfəsində təşkil olunacaq konsertlərdə tanınmış müğənnilər - Xalq artisti Nazpəri Dostəliyeva və Əməkdar artist Ədalət Şükürov zəngin proqramla çıxış edəcək. Bakı sakinləri və qonaqlarını maraqlı konsert və rəngarəng rəqslər gözləyir.
Qeyd edək ki, “Retro Bakı” layihəsi çərçivəsində konsertlər hər həftənin cümə və şənbə günləri davam edir. Layihənin yekun konserti sentyabrın 15-nə nəzərdə tutulub.