Sentyabrın 23-də gənc Azərbaycan musiqiçiləri Bakıdakı “Xalça” restoranında caz axşamı təşkil edəcəklər.
Bakılılar və şəhərimizin qonaqları Əməkdar artist, 2009-cu ildə Montredə keçirilmiş beynəlxalq caz festivalının qalibi, virtuoz pianoçu İsfar Sarabskinin, 2008-ci və 2015-ci illərdə “Eurovision” mahnı müsabiqələrinin iştirakçısı, “O səs Türkiyə” müsabiqəsinin (populyar “Voice” şousunun analoqu) qalibi olmuş, geniş diapazonlu nadir səsə malik olan Elnur Hüseynovun ifasını dinləyəcəklər.
Bundan əlavə, caz axşamında “Dihaj” musiqi kollektivi (solist - 2017-ci il “Eurovision” müsabiqəsinin iştirakçısı Diana Hacıyeva) və “Orient-Xpress” qrupu da çıxış edəcək.