“Sarı gəlin” mahnısının tarixi haqqında sənədli film çəkilib. Filmdə bu mahnının Azərbaycan xalqının mədəni irsində layiqli yer tutması faktlarla əsaslandırılaraq mədəniyyətimizin ayrı-ayrı nümunələri kimi, “Sarı gəlin”i də özününküləşdirməyə can atan erməni sənət oğrularının üzdəniraq hərəkətlərinin heç bir məntiqə əsaslanmadığı göstərilir. Filmin ideya müəllifi İdris Heydərli, rejissoru Rövşən Nicat, operatoru Şahmar Qəhrəmanovdur.