Sentyabrın 25-də Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində Heydər Əliyev Sarayında Azərbaycan opera və operettalarından ibarət "Əbədi musiqi" adlı konsert-tamaşa keçiriləcək.
Saraydan verilən məlumata görə, gecədə Azərbaycan klassik opera və operettalarından parçalar, solo nömrələr və duetlər ifa olunacaq. Konsertdə Samir Cəfərov, Fidan Hacıyeva, Anar Şuşalı, İnarə Babayeva, Fərid Əliyev, Afaq Abbasova, İlahə Əfəndiyeva, Gülnaz İsmayılova, Fəridə Məmmədova, Nərgiz Kərimova, Taleh Yəhyayev, Cahangir Qurbanov, Mahir Tağızadə və başqaları iştirak edəcəklər.
Konsert-tamaşada müğənniləri Nazim Hacıəlibəyovun rəhbərliyi ilə, Azərbaycan Televiziyası və Radiosunun Niyazi adına Simfonik orkestri müşayiət edəcək.