Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un ənənəvi layihələrindən olan “Opera günləri” sentyabrın 11-də İstanbulda başlayıb. Sayca 20-ci “Opera günləri”nin açılış konserti Taksimdəki məşhur “Grant Pera” sarayında keçirilib.
Konsertdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Şimali Kiprdən olan sənətçilər maraqlı ifaları ilə operasevərlərin görüşünə gəliblər. TÜRKSOY-un opera ulduzlarını Qazaxıstan və Qırğızıstan pianoçuları müşayiət edir.
Opera artistlərinin növbəti qastrol səfəri Şimali Kiprə nəzərdə tutulub. 13 sentyabrda Girnə şəhərindəki tarixi Bellapais monastırında konsert proqramı təqdim olunacaq.