Sentyabrın 14-də Yasamal rayon Heydər Əliyev Mərkəzində Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin nəzdində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərində 2016/2017-ci tədris ilinin yekunları və 2017/2018-ci tədris ilinə hazırlığın vəziyyəti müzakirə edilib.
Qeyd olunub ki, 2016-2017-ci tədris ili ərzində Bakı musiqi məktəblərində təhsil alan istedadlı şagirdlər bir çox yerli və beynəlxalq əhəmiyyətli müsabiqə və festivallarda iştirak ediblər, 9 şagird Azərbaycan Respublikası Prezidentinin təqaüdünə layiq görülüb, bir çox konsertlər və tədbirlər keçirilib.
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov musiqi məktəblərinin əldə etdikləri nailiyyətlər, işdə yol verilən nöqsanlardan söz açıb. Bildirilib ki, həyata keçirilən uğurlu işlər davam etdirilməli, yol verilən nöqsanlar isə bir daha təkrarlanmamalıdır. O, yeni 2017/2018-ci dərs ilinin açılışı ərəfəsində musiqi məktəblərinin rəhbərlərinə tapşırıq və tövsiyələrini verərək, onlara gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb.