Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı davam edir.
   Festival çərçivəsində sentyabrın 19-da Beynəlxalq Muğam Mərkəzində “İki qəlbin dastanı” adlı kamera musiqisi gecəsi keçirilib.
   Aleksey Miltıx (cello) və Səidə Tağızadənin (piano) çıxış etdiyi gecədə Fikrət Əmirovun “2 pyes”, Fərhad Bədəlbəylinin “Şuşa”, Dmitri Şostakoviçin “Violonçel və fortepiano üçün sonata”, Jül Massnenin “Düşüncə”, Yulius Klengelin “Skertso”, Sergey Raxmaninovun “Vokaliz” əsərləri səsləndirilib.
   Konsert proqramı klassik musiqisevərlər tərəfindən alqışlarla qarşılanıb.
   * * *
   Festival çərçivəsində daha bir konsert proqramı Kamera və Orqan Musiqisi Zalında gerçəkləşib. “D`ACCORDO” ansamblının təqdim etdiyi “Barokko və Renessans” adlı konsertin solistləri Fəridə Məmmədova (soprano), Səbinə Əsədova (mezzo-soprano) və bədii rəhbəri İlahə Sadıqzadə (piano) idi. 
   * * *
   Azərbaycan Dövlət Filarmoniyasında isə Novosibirsk Filarmonik Kamera Orkestri (dirijor - Əməkdar artist Əyyub Quliyev, solistlər - Rusiyanın Əməkdar artisti Yuliya Rubina (violin) və Riyad Məmmədov (piano) çıxış edib. 
   Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı sentyabrın 18-dən 26-dək davam edəcək.
   
   Fariz