Sentyabrın 18-i ölkəmizdə ənənəvi olaraq qeyd olunan Milli musiqi gününə artıq bir neçə ildir ki, Bakı Metropoliteni də öz töhfəsini verir. Bu münasibətlə metronun stansiyalarında musiqili proqram təşkil olunur.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən bildiriblər ki, budəfəki Milli musiqi günü ilə bağlı metronun 4 stansiyasında Üzeyir Hacıbəylinin və digər Azərbaycan bəstəkarlarının klassik və milli musiqi nömrələri səsləndirilib.
“İçərişəhər”, “28 May”, “Elmlər Akademiyası” və “Memar Əcəmi” metro stansiyalarında təşkil olunan konsert proqramları sərnişinlərə xoş əhval-ruhiyyə bəxş edib.