Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutu Elmi Şurasının qərarı ilə “İran kinosunun inkişaf təmayülləri” monoqrafiyası nəşr olunacaq. Monoqrafiyanın müəllifi Əməkdar incəsənət xadimi, filologiya elmlər doktoru, professor Aydın Dadaşovdur. Nəşrdə İran kinosunun tarixi inkişaf mərhələlərinin mövzu, üslub və janr istiqamətində araşdırılması öz əksini tapıb. Kitab yaxın vaxtlarda geniş oxucu kütləsinə təqdim ediləcək. Qeyd edək ki, professor Aydın Dadaşov “Dramaturgiya”, “Ekran dramaturgiyası”, “Ssenari yaradıcılığı” dərsliklərinin, “İslam və demokratiya”, “KİV-də reklam və marketinq problemləri”, “Televiziya reklamı demokratiya və bazar iqtisadiyyatı kontekstində” monoqrafiyalarının da müəllifidir.