Xəbər verdiyimiz kimi, ötən illərin ənənəsinə uyğun olaraq, 27 sentyabr - Dünya turizm günü ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olan tarix və mədəniyyət qoruqlarında, muzeylərdə “açıq qapı” aksiyası elan edilib.
Qobustan Milli tarix-bədii qoruğunda da “açıq qapı” günü keçirilib və sərgi təşkil olunub. Qoruğun rəssamları milli və Qobustan qayaüstü təsvirli ornamentlərdən ibarət müxtəlif əl işlərini nümayiş etdirməklə yanaşı, buranı ziyarət edən turistlər üçün ustad dərsləri də təşkil ediblər. Ustad dərslərində turistlər böyük maraqla iştirak ediblər.