Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin G.Şaroyev adına 35 nömrəli onbirillik Musiqi məktəbinin məzunlarından yeddi nəfəri 2017-2018 tədris ilində Azərbaycan və xarici ölkələrin ali təhsil müəssisələrinə daxil olublar. Həşim Həşimov (fortepiano, müəllimi Kamilla Əmirova) Almaniyanın Tronssingen Musiqi Universitetinə, Elen İmamyarlı (vokal, müəllimi Yevgeniya Mamedova) Vyana Konservatoriyasına (Avstriya) qəbul olublar.
Gülnaz Eldarlı (fortepiano, müəllimi Siala Sinamdzqvarişvili), Fidan Tağıyeva (fortepiano, müəllimi İrina Qrinik), Səid Seyidov (qoboy, müəllimi Arzu Mustafayev), Ülvi İsmayılzadə (kontrabas, müəllimi Zaur Şıxbabayev) Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında, Səbuhi Muxtarlı (tar, müəllimi Rübabə Poladova) isə Azərbaycan Milli Konservatoriyasında ali təhsil alacaqlar.