Rusiyanın üç aviaşirkəti Azərbaycana uçuşlar yerinə yetirmək üçün Hava Nəqliyyatı üzrə Federal Agentliyin icazəsini alıb.
   Agentliyin yaydığı məlumata əsasən, "İkar" aviaşirkəti Moskvanın "Jukovski" hava limanından Gəncəyə uçmaq üçün icazə alıb. Aviareyslər hər gün yerinə yetiriləcək. "Saratov hava yolları" şirkəti Saratov-Bakı və Ufa-Bakı istiqamətləri üzrə həftədə iki dəfə uçuşlar həyata keçirəcək. "NordStar" aviaşirkəti isə aldığı müvafiq icazə əsasında həftədə bir dəfə Yekaterinburqdan Bakıya uçacaq.