Azərbaycan Tələbələr Birliyinin (ATB) Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırdığı “Gənc turizm elçiləri” adlı layihənin icrası başa çatıb.
Layihə müddətində Azərbaycanın turizm potensialının universitetlərdə təhsil alan tələbələr arasında təbliği, sosial şəbəkələrdə xarici ölkə vətəndaşları arasında tanıdılması istiqamətində təlim və seminarlar həyata keçirilib. Tələbələrin “turizm üzrə informasiya elçisi” kimi formalaşdırılması, turistik məntəqələrdə “Ask me - məndən soruş” könüllü fəaliyyətləri, digər xarici təcrübələrin öyrənilməsi və ölkəmizdə tətbiqi prosesi ilə bağlı təkliflər hazırlanıb.
Tələbələrə sözügedən sahə üzrə təqdimatlar edilib, zəruri maarifləndirici materiallar paylanılıb.