Moskvada dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun (1928-2008) abidəsi qoyulacaq.
Moskva Şəhər Duması bununla bağlı layihəni təsdiq edib. Abidə yazıçının Moskvanın Danilovsk rayonunda adını daşıyan bağda ucaldılacaq. Qırğızıstan hökuməti abidənin hazırlanması ilə bağlı bütün xərcləri öz üzərinə götürüb.
Abidənin yazıçının anadan olmasının 90 illiyi münasibətilə ucaldılması nəzərdə tutulur.