Beynəlxalq Muğam Mərkəzində “Muğam axşamları” layihəsi çərçivəsində konsert proqramları təqdim ediləcək.
Mərkəzdən bildirilib ki, layihənin ikinci mərhələsi oktyabrın 11-dən dekabrın 27-dək davam edəcək. Bu dəfə konsertlərdə “Mahur-hindi”, “Bayatı-Kürd”, “Orta Mahur”, “Rahab”, “Bayatı-Qacar”, “Şahnaz”, “Qatar”, “Dəşti”, “Mirzə Hüseyn Segahı”, “Xaric Segah” muğamları, habelə “Heyratı”, “Mənsuriyyə”, “Qarabağ şikəstəsi”, “Osmanlı”, “Heydəri”, “Simayi-Şəms”, “Ovşarı”, “Arazbarı” kimi zərbi muğamları səslənəcək.
Qeyd edək ki, layihənin birinci mərhələsində reallaşan konsert proqramlarında yeddi əsas muğam tanınmış xanəndələr tərəfindən səslənib.