Avqustun 27-də Rusiyanın Smolensk şəhərində “Zolotoy Feniks” (“Qızıl Simurq quşu”) IV Ümumrusiya festivalı başlayıb. Festivalda azərbaycanlı rejissor Fuad İbrahimovun “Uçur” filmi də nümayiş olunub. Ekran əsəri Olqa Muxinanın eyniadlı pyesi əsasında lentə alınıb.
   İnsanın kosmosa ilk uçuşunun 50-ci ildönümünə həsr olunan festivalda ümumilikdə 30 filmin göstərilməsi nəzərdə tutulur. Müsabiqənin proqramına isə 17 film daxil edilib.
   Festival sentyabrın 2-də başa çatacaq.