Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan mədəniyyət müəssisələrində 18 oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə tədbirlər təşkil edilib.
Bərdə şəhərindəki Heydər Əliyev adına park-bulvar kompleksində keçirilən tədbirdə təşkil olunan sərgilər maraqla qarşılanıb. Burada Bərdə Turizm İnformasiya Mərkəzinin regionun turizm potensialını əks etdirən çap məhsulları, suvenirlər, Bərdə rayon MKS-nin nümayiş etdirdiyi kitablar və rayon Tarix-diyarşünaslıq muzeyinin eksponatlarından ibarət sərgi nümayiş olunub.
Tədbirdə maraqlı konsert proqramı təqdim olunub. Şəhər 4 nömrəli Uşaq incəsənət məktəbinin rəqs sinfi şagirdlərinin ifaları tədbirə xüsusi bir gözəllik qatıb. Rayon Mədəniyyət mərkəzinin “Qarabağ” xalq çalğı alətləri ansamblının çıxışı, 5 nömrəli şəhər klubunun “Müstəqilliyimiz əbədidir” başlıqlı kompozisiyası maraqlı anlarla yadda qalıb.