Xalq artisti Yaşar Nurinin həyat və yaradıcılığını əks etdirən sərgi hazırlanır. Teatr Muzeyi hazırda sərgi ilə bağlı aktyorun maraqlı fotolarını toplayır. Yaşar Nurinin 60 illik yubileyinə həsr olunan fotosərgi oktyabrın 5-də Akademik Milli Dram Teatrının foyesində tamaşaçılara təqdim olunacaq.