Oktyabrın 21-də “Port Baku Mall” sərgi salonunda rəssam Aytən Rzaquliyevanın fərdi sərgisinin açılışı oldu. Tədbirdə onun həmkarları və sənətsevərlər iştirak edirdilər. Sərgidə rəssamın “Art payız 2017" festivalı çərçivəsində "Natürmort. Peyzaj. İnsan" konsepsiyasını əks etdirən yağlı boya rəsmləri nümayiş olunur. 
   Bildirək ki, A.Rzaquliyeva mərhum Xalq rəssamı Elbəy Rzaquliyevin qızıdır. O, Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) məzunudur. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında və ADMİU-da dərs deyir. 
   Sərgi oktyabrın 31-dək davam edəcək. 
   
   S.Qaliboğlu