Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin F.Əmirov adına 6 saylı 11 illik Uşaq incəsənət məktəbində istedadlı fleyta ifaçısı, Əməkdar incəsənət xadimi, professor Telman Hacıyevlə görüş və ustad dərsi keçirilib.
Görüşdə Türk Xalqlarının Dünya Konqresinin prezidenti Yəhya Caniyar, fəlsəfə elmləri doktoru Əsədulla Qurbanov, eləcə də fəlsəfə elmləri namizədi Xavər Əhmədova, BMA-nın professoru, fəlsəfə elmləri doktoru Mina Hacıyeva, şair-publisist Şükür Şuşalı və başqa ziyalılar iştirak ediblər.
Məktəbin direktoru, Əməkdar müəllim, professor Adilə Yusifova dəvəti qəbul edib gəldiyi üçün bütün qonaqlara minnətdarlığını bildirib və qeyd edib ki, məktəbdə ustad dərslərinin keçirilməsi artıq ənənə halını alıb.
Sonda məktəbin nəfəs və zərb alətlərində ifa edən istedadlı şagirdləri kiçik musiqi çələngi təqdim ediblər. Professor Telman Hacıyev ifaları diqqətlə dinləyərək onlara səs, nəfəsalma, əsərin xarakterinin düzgün duyulması, dinamik işarələr və tempdən məqsədyönlü şəkildə istifadə etmək kimi dəyərli məsləhətlər verib.
Sonda Telman Hacıyev görüşdən böyük zövq aldığını deyərək, 55 yaşı tamam olan incəsənət məktəbinin nəfəs və zərb alətləri şöbəsinin işini müsbət qiymətləndirib.