Yaşayış yerinin bronlanması ilə məşğul olan Tvil.ru saytı (Rusiya) noyabrda bayram və istirahət günlərində rusiyalıların MDB-nin və yaxın xaricin hansı şəhərlərinə yollanacaqlarını təyin edib.
Şəhərlərin reytinqi 2017-ci il noyabrın 3-dən 7-dək yaşamaq üçün mehmanxanaların, mənzillərin və qonaq evlərinin bronlanmasına dair müraciətlər barədə məlumatlara əsasən təyin edilib. Noyabrın 4-də Rusiyada Xalq həmrəyliyi günü qeyd olunur. Bu səbəbdən noyabrın 4-6 tarixlərində rusiyalıları istirahət gözləyir. Bu müddətdə rusiyalı turistlərin səyahətə yollanmağa hazırlaşdığı əsas beş MDB şəhəri arasında Bakı da var.
Verilən məlumatlara görə, rusiyalı turistlər Azərbaycan paytaxtında hər gün orta hesabla 2,9 min rubl xərcləyəcəklər.
Qeyd edək ki, Tvil.ru saytı Rusiyanın hotel, mənzil və qonaq evlərinin onlayn bronlanması üzrə aparıcı saytıdır. Hər ay 2 milyondan artıq insan bu sayta müraciət edir, istirahət və səyahətə aid 50 min variantdan birini seçib bron edir.