Azərbaycan Milli Konservatoriyasında (AMK) “Qarabağın səsi” adlı layihəyə yekun vurulub.
Layihənin yekun konserti Bakı Yunus Əmrə İnstitutu, Təkamül və İnteqrasiya Beynəlxalq İctimai Birliyi, Azərbaycan Türkiyə İş Adamları Birliyi və Türk İşbirliyi və Koordinasiya Agentliyi (TİKA) və Milli Konservatoriyanın birgə təşkilatçılığı ilə reallaşıb.
Tədbirdə AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi çıxış edərək layihəyə dəstək göstərən təşkilatlara təşəkkürünü bildirib. Rektor layihənin ata-baba yurdlarından uzaq düşmüş qarabağlı istedadların tanıdılmasına bir töhfə olduğunu deyib.
Konsertdə Azərbaycanın cəbhə bölgələrindən istedadlı uşaqlar milli musiqi alətləri və vokal ifaları ilə xalq, bəstəkar mahnıları və muğamlarımızı səsləndiriblər.
Sonda bütün ifaçılara sertifikat və hədiyyələr təqdim olunub.