Əməkdar artist, tanınmış skripka ifaçısı Çingiz Məmmədov 70 illik yubileyini qeyd edir. Bu münasibətlə Mədəniyyət və Turizm Nazirliyi yubilyara təbrik ünvanlayıb.
Təbrikdə sənətkarın Azərbaycan musiqi sənəti sahəsində uzunmüddətli yaradıcılıq fəaliyyəti, onun Bakı Musiqi Akademiyasının müəllimi, Azərbaycan Dövlət Simli Kvartetinin üzvü kimi səmərəli işi təqdirlə qeyd edilir.
“Siz öz yaradıcılığınızla ölkəmizdən uzaqlarda milli mədəniyyətimizi ləyaqətlə təbliğ edirsiniz. Peşəkar gənc kadrların yetişdirilməsində də xidmətləriniz var. Əminik ki, bundan sonra da qazandığınız təcrübənizlə Azərbaycan mədəniyyətinin və Azərbaycan-Meksika mədəni əlaqələrinin inkişafında öz dəyərli xidmətlərinizi əsirgəməyəcəksiniz”, - deyə təbrikdə vurğulanır.