Noyabrın 16-da Azərbaycan Bəstəkarlar İttifaqında tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi, professor Elnarə Dadaşovanın yaradıcılığına həsr olunmuş elmi konfrans və kamera konserti keçirilib.
Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə çıxış edərək Elnarə Dadaşovanın yaradıcılığından danışıb. Bildirib ki, dünya şöhrətli bəstəkar Qara Qarayevin sinfində təhsil almış E.Dadaşova fortepiano, simli kvartet, kamera-instrumental, soprano və kamera, nəfəsli orkestr üçün əsərlər bəstələyib, polifonik, sənədli filmlərə silsilə musiqilər yazıb. Bəstəkarın yaradıcılığının parlaq səhifəsini onun fortepiano üçün yazılmış “24 prelüd” silsiləsi, “Sayalı” baleti, orqan üçün “Variasiya”, “Fantaziya”, “Postlüdiya” əsərləri təşkil edir.
Sonra Elnarə Dadaşovanın yaradıcılığına həsr olunmuş məruzələr dinlənilib.
Tədbir konsert proqramı ilə davam edib.