Noyabrın 2-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında istehsal olunan "Tərsinə çevrilmiş dünya" filminin təqdimatı olacaq.
   Xalq yazıçısı Çingiz Abdullayevin ssenarisi əsasında ekranlaşdırılan filmin quruluşçu rejissoru Ənvər Əblucdur. Azərbaycan və İran kinematoqrafçılarının birgə işi olan filmin çəkilişləri Ənzəli, Tehran və Gəncə şəhərlərində aparılıb. Polis orqanlarının cinayətkarlıqla mübarizəsindən bəhs edən filmin premyerası İranda da keçiriləcək.