Azərbaycanın “Nərimanfilm” kinostudiyasında rejissor İlqar Safatın gürcü kinematoqrafçılarla birgə lentə aldığı “Sahə” bədii filmi noyabrın 10-dan 15-dək Sankt-Peterburq şəhərində keçiriləcək XIV Beynəlxalq kino festivalında iştirak edəcək. Kinostudiyadan bildiriblər ki, “Sahə” festivalın tammetrajlı bədii filmlər müsabiqə proqramı çərçivəsində nümayiş etdiriləcək.
“Sahə" bədii filmi noyabrın 10-da başlayan XVII Beynəlxalq Kəlküttə kinofestivalının tammetrajlı bədii filmlər üzrə müsabiqə proqramında da iştirak edir. Festival noyabrın 17-də başa çatacaq.
“Sahə" bədii filmi noyabrın 10-da başlayan XVII Beynəlxalq Kəlküttə kinofestivalının tammetrajlı bədii filmlər üzrə müsabiqə proqramında da iştirak edir. Festival noyabrın 17-də başa çatacaq.