Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin G.Şaroyev adına 35 nömrəli onbirillik Musiqi məktəbinin fortepiano ixtisası üzrə V sinif şagirdi Şirin Əmiraslanova 13-19 noyabr tarixində Avstriyanın Qrats şəhərində keçirilən Bela Bartok adına V Beynəlxalq piano müsabiqəsində II yeri tutub.
   3 yaş kateqoriyası üzrə keçirilən müsabiqəyə Avstriya, Almaniya, Slovakiya, Çin, İtaliya və s. ölkələrdən ifaçılar qatılıb.
   Ş.Əmiraslanova Budapeşt şəhərində Şopen İnstitutunun Alink-Arqeriç Fondu ilə birgə Bela Bartok adına Konservatoriyada keçirdiyi ənənəvi beynəlxalq piano müsabiqəsində də III mükafata layiq görülüb. Şirinin müəllimi professor Siala Sinamdzqvarişvilidir.