Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin, bu ölkənin Azərbaycandakı səfirliyinin və “Rossotrudniçestvo” agentliyinin Bakı nümayəndəliyinin dəstəyi ilə noyabrın 27-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və orqan musiqisi zalında tanınmış opera müğənnisi, RF-nin Xalq artisti Oleq Poqudinin “Rus romansı gecəsi” adlı konserti olub.
   “Rossotrudniçestvo”nun nümayəndəsi Valentin Denisov gecəni açaraq bildirib ki, 1968-ci ildə Sankt-Peterburqda anadan olan Oleq Poqudin müasir dövrün ən tanınmış opera müğənnilərindən biridir. Müğənninin repertuarında müxtəlif janrda olan 500-dən çox əsər, o cümlədən rus şəhər və klassik romansları, Avropa estrada musiqisi, müzikl və operettalardan ariyalar, sovet estradasından və hərbi-vətənpərvərlik mövzusunda mahnılar var. 
   Konsert böyük maraq və alqışlarla qarşılanıb.