Xəbər verdiyimiz kimi, noyabrın 23-dən 25-dək Çexiyanın Karlovı Varı şəhərində keçirilən beynəlxalq musiqi festivalında ölkəmiz də təmsil olunub. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının vokal müəllimi Dmitri Babayev festivalın münsiflər heyətində yer alıb.
Festival çərçivəsində gənc vokalçıların yarışmasında Bakı şəhəri Müslüm Maqomayev adına 26 nömrəli 11 illik musiqi məktəbinin III sinif şagirdi Fikrət Əliyev Qran-pri mükafatına, məktəbin I sinif şagirdi Selin Hüseynova isə 2-ci yerə layiq görülüb.
Dmitri Babayev bildirib ki, festivala Azərbaycanla yanaşı, Gürcüstan, Rusiya, Çexiya, Moldova, Argentina və Sloveniyadan yeniyetmələr qatılıb. İştirakçıların solo, duet imkanları, səhnə performansları qiymətləndirilib.
Yeniyetmə ifaçıları təbrik edir, onlara yeni nailiyyətlər arzulayırıq.