Azərbaycan Dövlət Film Fondunda tanınmış aktyor Gündüz Abbasovun (1930-1995) şəxsi arxiv fondu yaradılıb. Film Fondundan verilən məlumata görə, aktyorun fonduna 40-a yaxın fotomaterial daxil edilib. Bu sənədlərin bəziləri şəxsi arxivlərdən götürülüb. Bəziləri isə fotoqraf Pərviz Quliyevin vaxtilə çəkdiyi fotolardır.
   Qeyd edək ki, Gündüz Abbasov ötən əsrin 50-70-ci illərinin ən məşhur aktyorlarından biri olub. “Onun böyük ürəyi”, “Bir qalanın sirri”, “Bizim küçə”, “Leyli və Məcnun”, “Telefonçu qız”, “Torpaq, dəniz, od, səma”, “Dədə Qorqud”, “Nizami” və digər filmlərdə çəkilib.