Beynəlxalq Muğam Mərkəzinin “Muğam axşamları” layihəsi çərçivəsində növbəti konsert noyabrın 29-da təqdim olunub.
Proqramda “Qatar”, “Dəşti” və “Mirzə Hüseyn segahı” səsləndirilib. Tanınmış xanəndələr muğamın müxtəlif şöbələrini ifa etməklə yanaşı, bəstəkar mahnıları və təsniflərə də müraciət ediblər.
Qeyd edək ki, may ayından reallaşdırılan layihənin növbəti konserti dekabrın 6-da “Xaric segah” muğamına həsr ediləcək.