“Rolling Stone” jurnalı 2017-ci ilin 50 ən yaxşı mahnısını elan edib.
   Birinci pillədə “One Direction” qrupunun ulduzu, aktyor və müğənni Harri Staylz "Sign of the Times" mahnısı ilə qərarlaşıb. İkinci yeri müğənni Lord “Homemade Dynamite” ifası ilə tutub.
   3-5-ci yerləri məşhur reper Kendrik Lamar (“Humble”), hip-hop ifaçı Kardi Bi (“Bodak Yellow” ) və U2 qrupu (“Lignts of Home”) bölüşüblər.
   İlk onluqda sonrakı pillələrdə “Youtube”da rekord baxış sayı (4 milyard) toplayan Luis Fonsi, Deddi Yanki və Jastin Biberin məşhur “Despacito” mahnısı, “Portugal. The Man” rok qrupu “Feel İt Still”, Lan Del Rey və The Weeknd dueti “Lust for Life” və reper Future “Mask off” mahnısı ilə yer alıb. 
   
   İlona