Azərbaycanın sevilən uşaq filmlərindən olan “Sehrli xalat” bərpa edilib. Filmin bərpasını Azərbaycan Dövlət Film Fondu Rusiya Dövlət Film Fondu ilə birgə həyata keçirib. Bərpa işləri Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə baş tutub.
Qeyd edək ki, 1964-cü ildə istehsal olunan “Sehrli xalat” filmini kinorejissor Əlisəttar Atakişiyev çəkib. O həmçinin filmin ssenari müəllifi (A.Tarasovla birgə) olub. Ekran əsərinin quruluşçu operatoru Teyyub Axundov, bəstəkarı Arif Məlikovdur. Əsas rollarda Əliağa Ağayev, Möhsün Sənani, Ağahüseyn Cavadov, Yusif Şeyxov, Solmaz Hətəmova, Azər Qurbanov və başqaları çəkilib.