Paytaxtın G.Şarovev adına 35 nömrəli Musiqi məktəbinin fortepiano ixtisası üzrə IV sinif şagirdi Ləman Seyidova 29 noyabr - 1 dekabr tarixində Avstriyanın Vyana şəhərində keçirilən pianoçuların II Beynəlxalq “Edelwiess” müsabiqəsində uğurla iştirak edib. O, müsabiqədə İ.S.Baxın “İkisəsli invensiya”, F.Şopenin “Polonez” və P.İ.Çaykovskinin “İlin fəsilləri” məcmuəsindən “Mart” əsərlərini ifa edib.
Ləmanın iştirak etdiyi yaş qrupunda 8 ölkədən 50-dən artıq ifaçı yarışıb. Münsiflər heyətinin qərarı ilə təmsilçimiz ən yüksək mükafata - “Qran-pri”yə layiq görülüb.
Bir neçə beynəlxalq müsabiqənin laureatı olan Ləman Əməkdar müəllim Kamilla Əmirovanın yetirməsidir.