Dekabrın 18-19-da Azərbaycan Milli Konservatoriyasında peşəkar vokal məktəbinin banisi, görkəmli müğənni, SSRİ Xalq artisti Bülbülün (1897-1961) anadan olmasının 120 illiyinə həsr edilmiş musiqi festivalı keçirilib.
   Tədbirin açılışında təhsil ocağının rektoru, Xalq artisti Siyavuş Kərimi festival iştirakçılarını təbrik edib və onlara uğurlar arzulayıb.
   Festivalın ikinci günündə 100-dək iştirakçının ifası dinlənilib.