Azərbaycanın “Nərimanfilm” kinostudiyasının istehsalı olan “Sahə” bədii filmi (ssenari müəllifi və rejissor İlqar Safat) ABŞ-dakı “2011 California Film Awards”ın qızıl mükafat nominantları sırasına daxil olub. “Nərimanfilm”dən verilən məlumata görə, nüfuzlu kino mükafatı uğrunda yarışmada Azərbaycanla yanaşı, Fransa, Almaniya, Böyük Britaniya, Türkiyə, Rusiya, Argentina və digər dövlətlərin ekran əsərləri də iştirak edəcək. “2011 California Film Awards”in təntənəli mükafatlandırma mərasimi 2012-ci ilin yanvarın 28-də Kaliforniyanın San-Dieqo şəhərində olacaq. Mərasim zamanı “2011 California Film Awards”in bütün qaliblərinin adları acıqlanacaq.