Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin ev-muzeyi tərəfindən hazırlanmış “Sözləri Hüseyn Cavidindir” mahnı albomu buraxılıb. Muzeydən bildiriblər ki, albom “Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Prezidentinin sərəncamına əsasən hazırlanıb. Alboma böyük sənətkarın sözlərinə bəstələnmiş 20 mahnı daxil edilib.