Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Çingiz Ələsgərlinin “Xəzana dönmüş ömür və ya kuklaçının nağılı” kitabının və şair Məstan Günərin “Seçilmiş əsərləri”nin I cildinin nəşri başa çatdırılıb.
   Teatrşünas, nasir Çingiz Ələsgərlinin qələmə aldığı kitab kuklaçı sənətkar, aktyor Ruslan Həsənovun həyat və yaradıcılığına həsr olunub. 
   Dövlət mükafatı laureatı, şair Məstan Günərin ikicildliyində toplanan əsərlərdə insanın insana, insanın vətənə, təbiətə, bəşəri ləyaqətə, milli-mənəvi dəyərlərə münasibəti əks olunub.
   “Şərq-Qərb” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilən kitablar nazirliyin tabeliyində olan kütləvi kitabxanalara paylanılacaq.